RU

Bu gün biz Mərkəzi Asiyanın tarixi dirçəlişinin astanasındayıq - Şavkat Mirziyoyev

Daşkənd. Trend:

Bu gün biz Mərkəzi Asiyanın tarixi dirçəlişininastanasındayıq.

Trend-in xüsusimüxbirir xəbər verir ki, bunu Özbəkistan Prezidenti ŞavkatMirziyoyev bu gün Daşkənddə keçirilən Mərkəzi Asiya DövlətBaşçılarının 7-ci Məşvərət Görüşündə bildirib.

"Müdafiə nazirliklərinin rəhbərləri, xüsusi xidmət orqanlarınınrəhbərləri və sənaye, kənd təsərrüfatı, ekologiya və mədəniyyətnazirləri ilk görüşlərini keçiriblər. Daşkənddə Orta Asiya QadınLiderləri Dialoqu uğurla keçirilib. Bütün bunlar regionaltərəfdaşlıq üçün institusional əsasların və mexanizmlərin sistemlişəkildə inkişaf etdirildiyini əyani şəkildə nümayiş etdirir", -deyə o bildirib.

Özbəkistan Prezidenti qeyd edib ki, mürəkkəb və gözlənilməzbeynəlxalq siyasi proseslər fonunda birliyimizin və qarşılıqlıdəstəyimizin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

"Əminəm ki, bu gün Mərkəzi Asiya üçün tarixi bir dirçəlişinastanasındayıq. Əməkdaşlığımızın institusional əsaslarını daha dagücləndirmək və təhlükəsizlik və davamlı inkişaf problemlərinəqarşı koordinasiyalı cavab hazırlamaq vəzifəsini özümüzə qoymuşuq.10-20 il sonra regionun necə görünməsini istədiyimizi dəqiq başadüşmək vacibdir. Bu baxımdan bir sıra təkliflər irəli sürməkistərdim.

Birincisi, qarşılıqlı fəaliyyətimiz üçün mexanizmlərin və hüquqiçərçivənin daha da təkmilləşdirilməsi fundamental əhəmiyyət kəsbedir. Görüşlərimiz regional dialoqun məsləhət formatından MərkəziAsiya icması üçün strateji formata çevrilməlidir. Bu məqsədə çatmaqüçün formatın institusional və təşkilati əsaslarının ardıcıl olaraqgücləndirilməsini təmin edən məsləhət görüşləri haqqında qaydahazırlamağı təklif edirik", - deyə o bildirib.

Ş.Mirziyoyev həmçinin rotasiya əsasında fəaliyyət göstərənkatibliyin yaradılmasını və milli koordinatorun statusunun xüsusiprezident nümayəndələri statusuna qaldırılmasını təklif etdi.

"Bundan əlavə, dəyərlərimizə və ictimai diplomatiyaənənələrimizə əsaslanaraq, geniş həyat təcrübəsi olan nüfuzluictimai xadimlərdən ibarət Ağsaqqallar Şurasının yaradılmasınıməqsədəuyğun hesab edirik. İnanırıq ki, bu, nəsillər arasındaunikal əlaqələrimizin möhkəmləndirilməsinə, eləcə də regionalhəmrəyliyin və kimliyin gücləndirilməsinə töhfə verəcək", - deyə obildirib.

Избранный
51
2
az.trend.az

3Источники