RU

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir”

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşü ilə bağlı paylaşım edib.

Editor.az  Hikmət Hacıyevin “X” sosial şəbəkə hesabında etdiyi paylaşımı təqdim edir:

“Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşü tezliklə başlayır. Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir. Ortaq tariximiz, etnik və dil əlaqələrimiz, dini ənənələrimiz və mədəni dəyərlərimiz “6” formatında siyasi birliyə çevrilir”.

Избранный
32
26
editor.az

10Источники