RU

Vinisiusun şərti var

“Real”ın braziliyalı hücumçusu Vinisius Junior yeni müqavilə üzrə danışıqlar zamanı illik maaşının artırılmasını tələb edib.

"Football-plus.az" xəbər verir ki, İspaniya mətbuatının xəbərinə görə, hazırda 15 milyon avro qazanan ulduz futbolçu təxminən 20-25 milyon avro maaş almaq istəyir.

O, bundan başqa müqaviləyə bonus ödənişləri ilə bağlı maddənin də əlavə olunmasını istəyib. Klub rəhbərliyi isə futbolçudan tələblərini yenidən gözdən keçirməsini xahiş edib.

Vinisius Madrid klubunda 2018-ci ildən çıxış edir.

Избранный
383
50
football-plus.az

10Источники