Oğuz rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 08 radələrində rayonun Bayan kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən, qadının 15 yaşlı oğlu polis tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırma aparılır.
Telegram kanalımız