RU

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm töhfəsini qeyd edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı deyib:

“Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə vermiş insandır. O, Azərbaycanda konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə sevilir və hörmətlə qarşılanır. Uzaqgörən siyasi xadim Şavkat Miromonoviç Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu aydın görür”.

Onun sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır:

“Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlığı təcəssüm etdirən yeni dinamika bəxş etmişik”.

Bizim.Media

Избранный
59
17
bizim.media

10Источники