RU

Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclası keçirilib

Daşkənd. Trend:

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi AsiyaDövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ciMəşvərət Görüşü keçirilib.

Trend-in xüsusimüxbiri xəbər verir ki, sammitdə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-JomartTokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, TacikistanPrezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti SerdarBerdiməhəmmədov iştirak ediblər.

Görüşdə Özbəkistan Respublikasının Prezidenti Şavkat MirziyoyevAzərbaycan Respublikasının məşvərətçi görüşlər formatına tamhüquqluiştirakçı kimi qoşulduğunu elan edib.

"Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpüquracağıq və vahid əməkdaşlıq məkanının formalaşmasına yolaçacağıq. Bu, sözsüz ki, hər iki regionun strateji qarşılıqlıəlaqəsini və dayanıqlılığını gücləndirəcək. Bu vacib qərarı qəbuletdikləri üçün bütün həmkarlarıma səmimi-qəlbdən təşəkkürümübildirmək və Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismindəqoşulması münasibətilə İlham Heydər oğlunu təbrik etmək istəyirəm",deyə Şavkat Mirziyoyev bildirib.

Qeyd edək ki, görüşün gündəliyinə regional əməkdaşlığın daha dagücləndirilməsi, prioritet sahələrdə birgə layihə və təşəbbüslərinhəyata keçirilməsi, regional və beynəlxalq siyasətin cariməsələləri barədə fikir mübadiləsi məsələləri daxil olub.

Xatırladaq ki, region liderlərinin müntəzəm məsləhətləşməgörüşlərinin keçirilməsi təşəbbüsü Şavkat Mirziyoyev tərəfindən2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-cisessiyasında irəli sürülüb. Özbəkistanın sədrliyi dövründə buformatda əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 20-dən çoxböyük tədbir keçirilib.

Избранный
54
4
az.trend.az

6Источники