RU

Harmancı: "Bu hədəflərə yalnız gənclərin fəal iştirakı ilə çata bilərik”

Azərbaycanda dayanıqlı inkişaf hədəflərinə nail olmaq üçün gənclərin fəal iştirakı və rəqəmsal savadlılığı həyati əhəmiyyət daşıyır.

Publika.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Bakıda keçirilən “Qlobal Gənclər Günü” çərçivəsində təşkil olunan sessiyada çıxışı zamanı bildirib.

O, Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasındakı 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin əhəmiyyətini vurğulayıb, bu sənədin innovasiya, layiqli əmək və insanyönümlü rəqəmsal xidmətlərin inkişafına xüsusi diqqət ayırdığını qeyd edib: “2015-ci ildə qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi sadəcə şüarlar deyil. Onlar yoxsulluğun aradan qaldırılması, planetin qorunması və insanların rifahla yaşaması üçün “yol xəritəsi”dir. Bu hədəflərə yalnız gənclərin fəal iştirakı ilə çata bilərik”.

Избранный
22
2
publika.az

3Источники