RU

“Yeni Asır”: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) istifadəyə verilməsi Türkiyənin logistika, enerji və turizmdən tikinti və xidmətlərə qədər geniş iqtisadi sektorları üçün yeni imkanlar açacaq və Ankaranın beynəlxalq ticarət, nəqliyyat, enerji sahəsindəki mövqeyini gücləndirəcək.

Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə türkiyəli ekspert Bülent Erandaçın “Yeni Asır” qəzetində dərc olunmuş analitik məqaləsində deyilir.

Müəllif Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasındakı marşrutun bütün region üçün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Zəngəzur dəhlizi potensial olaraq Türkiyə üçün əhəmiyyətli digər təşəbbüsləri - Cənubi İraqı Türkiyə sərhədi ilə birləşdirəcək “İnkişaf layihəsi” və Hicaz Dəmir Yolunun (Türkiyə-Suriya-İordaniya) planlaşdırılan bərpasını əlaqələndirə biləcək. Ekspert Zəngəzur dəhlizini “mühüm geosiyasi və geoiqtisadi proseslərin müjdəçisi” adlandırıb.

“Qardaş Azərbaycanın tarixi torpaqlarının Ermənistan işğalından azad edilməsi Cənubi Qafqazın inkişafında yeni bir fəsil açdı. Zəngəzur dəhlizi sayəsində Türkiyənin əsas rolu həm ticarət yollarında, həm də enerji sektorunda güclənəcək”, - deyə məqalənin müəllifi iddia edir.

Избранный
9
2
publika.az

3Источники