RU

Sumqayıtda toyda xəsarət alan kişi öldü

Sumqayıtda toy mərasimində yıxılaraq xəsarət alan şəxs ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən restoranlardan birinin önündə qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Viktor Qayıbov toy mərasimindən çıxan zaman yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. V.Qayıbov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Избранный
26
50
yenisabah.az

10Источники