RU

İlham Əliyevin Daşkənd səfəri Türkiyə mediasında geniş işıqlandırıldı

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır.

Publika.az xəbər verir ki, qardaş ölkənin media orqanları bazar günü yayımlanan reportajlarında Azərbaycan liderinin görüş iştirakçılarına müraciətinə, o cümlədən Zəngəzur dəhlizi layihəsi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) ilə bağlı fikirlərinə diqqət yetiriblər.

Dövlət başçısının bu ilin avqust ayında Vaşinqtonda Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün əldə edilən razılaşmaların əhəmiyyətinə, eləcə də ölkəmizdə Zəngəzur Dəhlizinin tikintisinin vaxt qrafikinə dair sitatları təqdim olunub.

Избранный
45
7
publika.az

9Источники