RU

Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb

Ukrayna artıq müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi saziş hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski səhər müraciətində bildirib.

"Fransa ilə tarixi saziş hazırlamışıq – bu, bizim döyüş aviasiyamızın, havadan müdafiəmizin və digər müdafiə imkanlarımızın əhəmiyyətli dərəcədə güclənməsi olacaq. Ziyarət proqramına görə bu, bazar ertəsi baş tutacaq", - o qeyd edib.

Ukrayna lideri, həmçinin çərşənbə axşamı İspaniyaya planlaşdırılan səfərini də elan edib. Səfərin məqsədi hava hücumundan müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi və Rusiyanın hücumlarından sonra Ukrayna qüvvələrinin bərpasıdır.

Zelenski qarşıdakı görüşün səmərəli olacağına ümid etdiyini bildirib, çünki İspaniya Ukraynaya yardım təşəbbüslərinə qoşulub. "Bizim üçün bu gün ən vacib prioritetlər – hava hücumundan müdafiə, sistemlər, raketlərdir. Biz Rusiyanın hər zərbəsindən sonra qüvvələrimizin bərpasını təmin edirik. Bu, asan deyil, amma bunu edirik. Həmçinin – bizim dayanıqlığımız, qışa hazırlığımız", - o, gələcək danışıqların gündəliyini açıqlayıb.

Избранный
27
10
bakivaxti.az

10Источники