RU

Bəzi rayonlara leysan, dağlıq ərazilərə qar yağacaq -SABAHIN HAVASI

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata əsasən, havanın temperaturu gecə 9-13°, gündüz 15-18° isti olacaq. 

 

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 60-70% təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-11°, gündüz 16-19°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.

 

Избранный
33
49
senzor.az

10Источники