RU

Moskvadan Parisin bəyanatına REAKSİYA

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Fransanın Ukrayna ilə bağlı bəyanatlarına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Aleksey Çepa danışıb.

“Biz təkcə cəbhə bölgələrində deyil, həm də hərbi-sənaye kompleksi obyektlərinə zərbələr endirməkdə davam edirik. Bu, Ukrayna Prezident Volodimir Zelenski hökuməti üçün çox çətin vəziyyət yaradır. Ona görə də Qərb məğlubiyyətə uğrayır, pul itirir və açıq-aydın görünür ki, onlar gözlədikləri nəticəni almırlar. Bu isə onları hiddətləndirir”, – deyə o bildirib.

Çepa qeyd edib ki, Fransa əvvəllər Rusiyaya təzyiq göstərməyə çalışsa da, istənilən nəticəni əldə etməyib.

Xatırladaq ki, Paris noyabrın 14-nə keçən gecə Ukraynaya endirilən aviazərbələrdən sonra Rusiyaya təzyiqləri artıracağına söz vermişdi.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
1
globalinfo.az

2Источники