RU

Ukraynanın döyüş mövqelərini robotlar QORUYUR - VİDEO

Ukrayna Silahlı Qüvvələri ilk dəfə pulemyotla təchiz edilmiş yerüstü robotlaşdırılmış kompleksdən (NRK) strateji mövqenin müdafiəsi üçün istifadə edib.

Bu qurğu tam şəkildə piyadanı əvəz edərək, bir aydan çox müddətdə mühüm yolayrıcını nəzarətdə saxlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə zərbə NRK-larının NC1 bölüyünün komandiri məlumat verib.

Onun sözlərinə görə, belə robotlaşdırılmış sistemlər şəxsi heyətin təhlükəsizliyini ciddi şəkildə artırır, çünki vəzifələrin bir hissəsi məsafədən icra olunur. Müdafiə mövqeyində piyada əvəzinə təhlükəsiz yerdə yerləşən operatorun idarə etdiyi yerüstü döyüş dronu dayanıb.

Operator hər gün səhər saatlarında sistemi aktivləşdirib və döyüş növbəsinə göndərib. Robot Rusiya qüvvələrinin mütəmadi olaraq irəliləməyə cəhd etdiyi yaşayış məntəqəsindəki strateji yolayrıcını izləyib. Altı həftə ərzində kompleks düşmənin irəliləmə cəhdlərini dəf edib. Hərbçinin sözlərinə görə, ruslar dronu zərərsizləşdirmək istiqamətində bütün cəhdləri nəticəsiz qalıb.

Missiya Ukrayna şirkəti “DevDroid” tərəfindən hazırlanmış “Droid TW 12.7” sistemi vasitəsilə yerinə yetirilib. Sistem 12,7 millimetrlik “M2 Browning” pulemyotu ilə təchiz olunub və 2024-cü ilin sonunda Ukrayna Müdafiə Nazirliyindən rəsmi sertifikat alıb.

Bölük komandiri əlavə edib ki, belə sistemlər Ukrayna ordusunda təkcə müdafiədə deyil, hücum əməliyyatlarında da istifadə olunacaq. Onun sözlərinə görə, NRK-lar artıq geniş tətbiq sahəsində, ərzaq və sursatın çatdırılmasından tutmuş yaralıların təxliyəsinədək effektivliyini sübut edib.

Musavat.com

Избранный
10
2
turkustan.az

3Источники