RU

Ukrayna Avropa İttifaqına üzv ola bilər - ŞƏRTLƏR AÇIQLANDI

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mühüm açıqlama verib. Onun sözlərinə görə, Ukrayna korrupsiyanı aradan qaldırsa, 2030-cu illərin əvvəllərində Avropa Birliyinə qoşula bilər.

Musavat.com xəbər verir ki, Sikorski bu barədə “Novosti Ukrainy” Telegram kanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Macarıstanın müqavimətinə baxmayaraq, Kiyev namizəd statusu almaqla artıq əhəmiyyətli irəliləyiş əldə edib.

Diplomat vurğulayıb ki, Aİ-nin əsas tələbi korrupsiyaya qarşı mübarizədir.

“Əgər Ukrayna korrupsiyanı aradan qaldırmasa, Avropa Birliyinə daxil ola bilməyəcək. Aİ dürüstlük, şəffaflıq və prosedurlara ciddi riayət tələb edir”, - diplomat qeyd edib.

Musavat.com

Избранный
25
musavat.com

1Источники