RU

"Ukrayna strateji məğlubiyyətə yaxınlaşır" - "Bild" nəşri

"Əgər qərarlar dəyişməsə, Rusiya mərhələli şəkildə qalib gələcək..."

Almaniyanın "Bild" nəşrinin analitiki Yulian Röpke hesab edir ki, Ukrayna cəbhədə tədricən strateji məğlubiyyətə sürüklənir və əgər nə Kiyev, nə də Qərb tərəfdaşları dərhal ciddi qərarlar qəbul etməsə, Rusiya bu müharibəni mərhələ-mərhələ udacaq. O, bu fikirləri "X" platformasındakı paylaşımında səsləndirib.

Analitikin sözlərinə görə, Ukraynanın nə ordusu, nə də Qərb müttəfiqləri əvvəlki səhvlərindən nəticə çıxarmır. Röpke xüsusi vurğulayır ki, oktyabr ayında Ukraynanın nəzarətindəki ərazilər 586 kvadrat kilometr azalıb və noyabr nəticələri çox güman ki, bu meyli daha da ağırlaşdıracaq.

"Bu dinamika davam edərsə, Ukrayna hər ay Berlin əyaləti ölçüsündə ərazini itirə bilər. Rusiyanın Dnepr və Zaporojye istiqamətində böyük hücuma keçməsi artıq ayların, maksimum bir-iki ilin məsələsidir", - deyə o yazır.

Analitik iki əsas səbəb göstərir

Röpkeyə görə, vəziyyətin kritikləşməsinin birinci səbəbi Qərbin yardım siyasətinin effektli olmamasıdır. Onun fikrincə, ağır zirehli texnika göndərmək artıq döyüş reallıqlarına uyğun deyil, çünki Rusiya döyüş meydanında kütləvi optik-elektron dron sistemləri ilə üstünlük qazanır.

O, hesab edir ki, Ukrayna üçün real dəstək milyonlarla FPV dronunun və minlərlə uzaqmənzilli raketin təcili şəkildə verilməsidir: "Qərb hələ də epizodik yardım göstərir və strateji əhəmiyyəti şişirdilmiş uzaqmənzilli Ukrayna dronlarına yatırım edir, əslində isə indi müharibənin taleyi kütləvi pilotsuz sistemlərdən asılıdır".

İkinci səbəb isə, analitikin fikrincə, Ukraynanın özündə səfərbərlik siyasəti və idarəetmə problemləridir. O, yazır ki, səfərbər edilən minlərlə şəxsin harada istifadə edildiyi aydın deyil, fərarilik və xidmətdən yayınma isə çox vaxt cəzasız qalır. "Bəzi briqadalar kağız üzərində var, lakin real döyüş tərkibi fərqli görünür. Bu isə ön xəttdə boşluqlar yaradır və Rusiya hücumlarına imkan verir", - Röpke əlavə edir.

Əgər kurs dəyişməzsə…

Analitik yekunda bildirir ki, əgər nə Ukrayna, nə də Qərb dərhal strategiyanı dəyişməsə, Rusiya müharibəni uduzmadan, tədricən, addım-addım qalib gələcək.

Bəzi Qərb media orqanları yazır ki, bu qış Ukrayna üçün müharibənin ən çətin mərhələsi ola bilər. Ölkəni üç böyük risk gözləyir: maliyyə böhranı, cəbhədə kadr və texnika itkisi, enerji infrastrukturu üzərindən aparılan təzyiq savaşı.

Digər tərəfdən, Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Ukrayna ən azı daha üç il döyüşməyə hazırdır və onun sözlərinə görə, Putin bu tempi uzun müddət saxlaya bilməyəcək.

Избранный
39
1
moderator.az

2Источники