RU

Yığma yenə uduzdu, yenə oyunu ilə ölkəni məyus etdi

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

DÇ-2026-nın seçmə oyunuAzərbaycan – İslandiya 0:2 (0:2)12. Aydın Bayramov3. Rüfət Abbasov5. Anton Krivotsyuk 4. Bəhlul Mustafazadə14. Elvin Bədəlov13. Abbas Hüseynov20. Abdulla Xaybulayev(22. Anatoli Nuriyev, 84) 8. Emin Mahmudov (k) (11. Rüstəm Əhmədzadə, 60) 19. Xəyal Əliyev(17. Rüfət Abdullazadə, 72) 7. Toral Bayramov(16. Ceyhun Nuriyev, 60) 10. Nəriman Axundzadə (9. Renat Dadaşov, 72) Ehtiyat oyunçular1. Səlahət Ağayev23. Rza Cəfərov2. Rəhman Daşdəmirov15. Bədavi Hüseynov18. Cəlal Hüseynov 21. Qismət Alıyev6. Səbuhi Abdullazadə1. Elias Rabn-Oulafsson14. Mikael Ellertsson3. Daniel Leo Qretarsson5. Sverrir İnqason4. Viktor Palsson9. Haukon Arnar Haraldsson (k)8. İsak Berqmann Yohannesson(16. Stefan Teytur Tourdarson, 90)7. Yohann Qudmundsson(11. Youn Daqyur Torsteynsson, 68)20. Kristian Hlinsson(21. Daniel Qudyonsen, 68)22. Andri Qudyonsen(15. Bryunyolfur Vidlyumsson, 68)10. Albert Qudmundsson(6. Gisli Tordarson, 90+1)Ehtiyat oyunçular12. Haukon Valdimarsson13. Anton Eynarsson17. Aron Qunnarsson18. Andri Baldursson19. Byarki-Steydn Byarkason23. Hördur MaqnussonBaş məşqçi: Arnar QunnlauqssonQollar: A.Qudmundsson, 20 (0:1). S.İnqason, 39 (0:2). Vərəqələr: A.Xaybulayev, 31. V.Palsson, 49. B.Mustafazadə, 62. B.Vidlyumsson, 69. R.Əhmədzadə, 83. A.Krivotsyuk, 85 – sarı.Hakim: NİKOLA DABANOVİÇ, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (hamısı Monteneqro).VAR hakimi: Momçilo Markoviç (Serbiya).VAR hakiminin köməkçisi: Aleksandar Jivkoviç (Serbiya).Hakim-inspektor: Paolo Valeri (İtaliya).UEFA nümayəndəsi: Svetlana Qrinkeviç (Belarus).13 noyabr. Bakı. 8-ci km stadionu. 4300 tamaşaçı.Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.7 (1) qapıya (“çərçivə”yə) zərbə 17 (6)8 künc zərbəsi 43 ofsayd 117 qayda pozuntusu 94 (0) sarı (qırmızı) vərəqə 2 (0)38 topa sahibolma (faizlə) 62Bəli, İslandiya sentyabrda Reykyavikdə yığmamızı darmadağın etmişdi. Bəli, yığmamızın Elnur Cəfərquliyev, Mahir Emreli, Musa Qurbanlı, Şahruddin Məhəmmədəliyev kimi itkiləri var idi. Ancaq Ayxan Abbasov baş məşqçi postuna gələndən sonra keçirilən oyunlarda müəyyən ümid qığılcamları yaranmışdı. Açıq deyək ki, yığmamızın bu oyunda xal, hətta qələbə qazana biləcəyinə inananların sayı çox idi. Çox təəssüf ki, ümidlərimizin ömrü qısa oldu. Ayxan bəy müdafiəyə yönəlik heyət seçimi, ayrı-ayrı futbolçular isə potensialından da aşağı səviyyədə çıxış etmək ilə futbolsevərləri sarsıtdı.Baş məşqçi beşli müdafiə variant seçmişdi, bu üzdən oyun başlayan kimi bizimkilərin geri çəkilməsi, rəqibin isə təzyiqi get-gedə artırması təəccüb doğurmadı. Heyətdə yer alan iki debütandan biri Rüfət Abbasov ilk 20 dəqiqədə mandrajda oldu, o biri, yəni Aydın Bayramov da xilaskar olmadı. Ümumiyyətlə, ilk yarıya nəzər alsaq, iki “dişə vurulası” hücum qurduq. 22-ci dəqiqədə sağ cinahla irəliləyən Toral penalty nöqtəsi üzərinə yaxşı ötürmə verdi, Xəyal zərbə vurmağa macal tapmadı. 27-ci dəqiqədə daha bir sürətli hücum zamanı Rüfət zərbə vurmasa da, Palsson topu meydandan çıxardı. Hə, bir də 12-ci dəqiqədə Nərimanın sayılmayan qolu var idi. Abdullanın ötürməsindən sonra ofsaydda olduğu göründü. Rəqibin qollarına gəlincə, çox sadə və müdafiə olunan tərəfin maraqları baxımından primitiv idi. 20-ci dəqiqədə rəqibin sol cinahdan hücumu zamanı Yohannesson cərimə meydançasına ötürmə verdi. Rüfət ofsayd qaydasını pozdu. Tam nəzarətsiz qalan Albert Qudmundsson isə Bəhlul və Antonun müşayiəti ilə hesabı acdı. Hissənin sonunda vurulan qol da müdafiə xəttinin kobud səhvinin nəticəsi idi. Əslində Emin Mahmudovu da bu qolun günahına şərik etmək lazımdı. Kapitan cərimə meydançası yaxınlığında heç nədən qaydanı pozdu. Yohann Qudmundsson cərimə meydançasına ötürmə verdi, hava mübarizəsində Bəhlulu üstələyən İnqason topu qapıçının qorumadığı küncə göndərdi. Bu qol faktiki oyunun taleyini həll etdi. Azərbaycan yığması kimi zəif komandanın DÇ eşqi ilə alışıb-yanan rəqiblə oyunda geridönüş edəcəyinə inanmaq sadəlövhlük olardı.Hər halda, Ayxan bəy fasilədə yetirmələrini qəhrəmanlığın mümkünlüyünə inandırmağa çalışmışdı, ya da artıq işinin öhdəsindən gələn rəqib belə oyuna şərait yaratdı - gerçəklik budu ki, bizimkilər 2-ci hissəyə həvəsli başladı. Hətta meydanın rəqibə aid hissəsində pressinq də edirdik. Bununla belə, 57-ci dəqiqədə qonaqlar 3-cü qolu vurmağa yaxın oldu, sadəcə, Andri Qudyonsenin zərbəsi zamanı Aydın yerindəydi. 64-cü dəqiqədə isə Rüstəm fərqi azalda bilərdi. Ceyhun Nuriyev cərimə meydançasının küncünə ideal ötürmə verdi, Rüfət hücumu davam etdirdi, Əhmədzadə zərbə vurmağa gecikdi. Ayxan Abbasov 72-ci dəqiqədə Rüfət Abdullazadə ilə Renat Dadaşovu da oyuna qoşdu. Abdullazadə bir dəqiqə sonra cərimə meydançasında yerdə qalsa da, hakim penalti nöqtəsini göstərmədi. İlk qoldakı səhvini unutdurmaq istəyən Rüfət 79-cu dəqiqədə uzaqdan möhtəşəm zərbə vursa da, qapıçı topu çıxardı. Sonluq sərt mübarizə, sarı vərəqələr, bir də Anatoli Nuriyevin iki qol imkanını qaçırması ilə yadda qaldı. Xüsusən də 87-ci dəqiqədə Anatoli boş qapıya düşməyə borclu idi. Nuriyev 90+3-cü dəqiqədə də qeyri-dəqiq zərbə vurunca oyunun elə bu hesabla bitəcəyi aydın oldu. Beləliklə, daha bir acı məğlubiyyətlə üzləşən yığmamız bu gün Fransanı qəbul edəcək. Allahın bizə yazığı gəlsin!ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
112
1
icma.az

2Источники