RU

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə "Təzə yol" adlanan ərazidə qeydə alınıb.

Yolu keçmək istəyən Nərminə Tarverdiyevanı avtomobil vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
16
3
cebheinfo.az

4Источники