RU

Azərbaycan Fransa oyununda növbəti qol vuruldu YENİLƏNİR/CANLI

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

DÇ-2026-nın seçmə mərhələsinin oyununda bu gün üz-üzə gələcək Azərbaycan və Fransa millilərinin start heyətləri bəlli olub.

Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev

Fransa: Luka Şevalye, Malo Qyusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Manes Akliuş, İbrahima Konate, Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək.

***

DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Fransa oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.

Matçı latviyalı Andris Treymanis idarə edir.

***

4-cü dəqiqədə komandamız hesabı açıb: 1 – 0

***

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – Fransa oyununda ikinci qol vurulub.

Globalinfo.az-ın məlumatına görə, bu dəfə qonaqlar tarazlığı bərba ediblər – 1:1.

***

DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan – Fransa oyununda növbəti qol vurulub.

Globalinfo.az xəbər verir ki, Fransanın heyətində Manes Akliuş fərqlənib – 1:2.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
1
globalinfo.az

10Источники