RU

Dünyanın ən böyük hərbi gəmisi Venesuela istiqamətində hərəkətə keçdi

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Cerald Ford aviadaşıyıcı gəmisi Venesuela ilə gərginlik fonunda Karib dənizinə daxil olub.

Moderator.az xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidməti bu barədə sosial mediada məlumat yayıb.

Gəmi Pentaqon rəhbəri Pit Heqsetin göstərişi ilə Qərb yarımkürəsində narkotik əleyhinə əməliyyatın bir hissəsi olaraq bölgəyə yerləşdirilib. O, artıq Puerto-Rikoda yerləşən birləşmiş qüvvələrə dəstək verəcək. Hərbi gəminin Venesuelaya qarşı mümkün əməliyyatlara cəlb edilməsi də ehtimal olunur.

Qeyd edək ki, dünyanın ən böyük hərbi gəmisində 4 000-dən çox şəxsi heyət, onlarla qırıcısı və hücum helikopteri var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
8
moderator.az

10Источники