ain.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan – Fransa oyunu başa çatdıqdan sonra millimizin müdafiəçisi Rəhman Daşdəmirov İdman.Biz-ə açıqlama verib.
“Çox güclü rəqib idi, bu hamıya məlumdur. Komanda şəklində yaxşı mübarizə apardıq, inamlı oynadıq. Gözləmirdim qol üçün asist edəcəyimə. Hər zaman yadımda qalacaq an oldu”, - deyə Daşdəmirov bildirib.
"Şahruddinin səhvi komandanın motivasiyasına təsir etdimi" sulına isə yarımmüdafiəçi belə cavab verib:
“Belə oyunlarda səhv qaçılmazdır. Mən də elə bilərəm, başqa bir futbolçu da edə bilər. Səhv deməzdim, adi oyun epizodu deyərdim”.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.