RU

İtaliyan tennisçi Yannik Sinner Turindəki ATP turnirinin qalibi olub

Azertag saytına istinadən ain.az xəbər verir.

Roma, 17 noyabr, AZƏRTAC

İtaliyalı tennisçi Yannik Sinner Turində keçirilən ATP turnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, kişi tennisçilər arasında keçirilən final oyununda Yannik Sinner dünya sıralamasında birinci pillədə qərarlaşan ispaniyalı Karlos Alkarasla qarşılaşıb. İtaliyalı raketka ustası ötən ilki uğurunu təkrarlayaraq rəqibini 7-6, 7-5 hesabı ilə məğlub edib. Bu, Sinnerin mövsümdə 6-cı və karyerasında isə 24-cü tituludur.

Yannik Sinner noyabrın əvvəlində “Paris Masters”, iyulda isə Karlos Alkarası məğlub edərək “Uimbldon” turnirinin qalibi olub. O, “Uimbldon”da qazanan ilk italiyalı tennisçidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
4
azertag.az

6Источники