Fransa prezidenti Emmanuel Makron “Rafale” qırıcı təyyarələrinin Kiyevə təhvil veriləcəyini açıqlaya bilər.
APA xəbər verir ki, bu barədə "Vətənpərvərlər" partiyasının lideri Florian Filippot sosial media hesabında məlumat verib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin Fransa lideri ilə danışıqlar aparmaq üçün 17 noyabrda Fransaya gələcəyini xatırladıb.
"Bu münasibətlə Fransa Ukraynaya “Rafale” təyyarələrinin təhvil veriləcəyini elan edə bilər! Bu, çox narahatedici və baha başa gələn bir presedent olacaq", - Filippot yazıb.
Qeyd edək ki, siyasətçi Makronu Ukraynadakı korrupsiya qalmaqalına reaksiya verməyə və Zelenskinin Fransaya səfərini ləğv etməyə çağırıb.