RU

Türkiyə polisindən film kimi əməliyyat: kuryer kimi geyinib dələduzu yaxaladılar - VİDEO

Musavat.com xəbər verir ki, Türkiyənin Edirnə şəhərində qeyri-adi əməliyyat keçirilib. 

Hadisə Hatayda dələduzluq cinayəti üzrə axtarışda olan bir şəxsin tutulması ilə bağlıdır.

Məlumata görə, polis əməkdaşları axtarışda olan şəxsi ələ keçirmək üçün kuryer qiyafəsinə girərək xüsusi plan hazırlayıb. Əməliyyat nəticəsində həmin şəxs Edirnədə saxlanılıb.

Aşkar edilib ki, onun barəsində 211 ayrı iş üzrə “dələduzluq” maddəsi ilə qərar çıxarılıb. Ümumilikdə, firarinin 77 il 8 ay həbs cəzası və 150 min 980 TL məbləğində məhkəmə tərəfindən təsdiqlənmiş cəriməsi varmış.

Şübhəlinin 12 yanvar 2023-dən bəri axtarıldığı bildirilib. 

 

Musavat.com

Избранный
34
50
musavat.com

10Источники