RU

Türkiyə yığmasında şok itki

Türkiyə millisinin mərkəzi yarımmüdafiəçisi Hakan Çalhanoğlu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 18-də İspaniyaya qarşı keçiriləcək oyunda olmayacaq.

Publika.az xəbər verir ki, Türkiyə millisinin mətbuat xidmətinin X sosial media platformasında verdiyi məlumata görə, Çalhanoğlu zədə səbəbindən heyətdən çıxarılıb. Yarımmüdafiəçinin əvvəlki turda Bolqarıstanla oyunda (2:0) biləyindən zədə aldığı bildirilir.

Seçmə mərhələnin bitməsinə bir tur qalmış Türkiyə 5 oyundan 12 xalla E qrupunda ikincidir. İspaniya 15 xalla birincidir.

Избранный
53
publika.az

1Источники