DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində futbol üzrə Norveç millisi öz meydanında İtaliyanı 4:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, qarşılaşma İtaliyanın Milan şəhərində baş tutub.
Qələbə qollarını Antonio Nussa (63-cü dəqiqə), Erlinq Haaland (78, 80) və Yorgen Larsen (90+3) vurub. Təsəlli qoluna Françesko Esposito (11) imza atıb.
Norveçin səkkiz oyundan 24 xalı var və I qrupda liderdir. İtaliya isə 18 xalla ikinci yerdədir.
Bununla da Norveç 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.
"Qalatasaray" Lookman üçün hərəkətə keçir – 40 milyon avroluq təklif hazırlanır
“Real”ın futbolçusu məşqləri dayandırıb
İtaliya millisinin üzvü karyerasını başa vurub
İspaniya-Türkiyə matçını almaniyalı hakim idarə edəcək
"Barselona" 5 müdafiəçi arasında seçim edəcək