RU

Bu şəxslərin ABŞ-a girişi qadağan EDİLDİ

ABŞ Ağ Ev mətbuat katibinin müavini Anna Kelli səhhətində problemi olan turistlərin ABŞ-a girişinə məhdudiyyət qoyulacağını təsdiqləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb. Xüsusilə, piylənmə, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərə viza verilməsi məhdudlaşdırılacaq. Səbəb ondan ibarətdir ki, Dövlət Departamenti potensial olaraq Amerika vergi ödəyiciləri üçün yük ola biləcək ərizəçilərə viza verməkdən imtina etmək hüququnu özündə saxlayır. Kelli həmçinin bildirib ki, indiki Amerika administrasiyası amerikalılara üstünlük verir. Yeni təlimatlar sonradan dövlət tibbi yardımına ehtiyacı ola biləcək şəxslərin ölkəyə girişinə qadağa qoymağa imkan verir.

Избранный
113
34
veteninfo.az

10Источники