RU

Yaradıcılıq mühiti insan münasibətlərini qorumağa və stereotipləri aşmağa kömək edir - Səidə Tağızadə "Tofiq Abbasovla Dialoq" verilişində (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq”adlı analitik video-layihənin yeni buraxılışı yayımlanıb.

Trend xəbər verirki, verilişin bu dəfəki qonağı Dövlət Uşaq Filarmoniyasınındirektoru, musiqiçi, pedaqoq, konsert ifaçısı və “Simurq” kimiməşhur layihə də daxil olmaqla bir sıra yaradıcılıq təşəbbüslərininmüəllifi Səidə Tağızadə olub.

Səidə Tağızadə öz peşəkar yolundan, uşaqlığının təsadüf etdiyiçətin 90-cı illərdən və musiqinin onun üçün təkcə peşə deyil, həmdə yaşamaq və daxili dayağını qorumaq vasitəsinə necəçevrildiyindən danışıb.

Onun sözlərinə görə, həmin illərdə yaradıcılıqla məşğul olmaqbir çox uşaqların və yeniyetmələrin daha da güclənməsinə, həyatdaöz yerlərini tapmalarına kömək edib.

O fəaliyyətindən danışarkən bildirib ki, 2025-ci ilin mayındanDövlət Uşaq Filarmoniyasına rəhbərlik edir və bu vəzifəni böyükməsuliyyət kimi qəbul edir. Bununla yanaşı, uşaqlarla təxminən onillik iş təcrübəsi proseslərin qısa müddətdə qurulmasına, etimad vəyaradıcılıq atmosferinin formalaşdırılmasına və kollektivi dahafəal mərhələyə çıxarmağa imkan verib.

Filarmoniyanın direktoru xüsusi olaraq onun yaratdığı “Simurq”layihəsinə – tanınmış pedaqoqları Azərbaycana gətirməyi hədəfləyənuşaq musiqi-təhsil festivalına toxunub.

O aparıcının suallarını cavablandırarkən qeyd edib ki, musiqihəmişə “yumşaq diplomatiya” forması olub və siyasi səbəblərləbir-birindən uzaq düşmüş insanları belə bir araya gətirməyəqadirdir. Səidə Tağızadənin sözlərinə görə, məhz yaradıcılıq mühitiinsan münasibətlərini qorumağa, bir-birini dinləməyə vəstereotipləri aşmağa kömək edir.

İki uşaq anası kimi o, tərbiyədə hörmətə, diqqətə və məhəbbətəəsaslanmağın vacibliyini vurğulayıb. Səidə Tağızadə bildirib ki,uşaqlar səmimiyyəti həmişə hiss edirlər: əgər onları dinləyirlərsə,fikirlərinə dəyər verirlərsə, özünüifadə üçün məkan yaradırırlarsa– onlar güclü və nurlu insanlar kimi böyüyürlər. Əgər uşağındediklərinə məhəl qoymurlarsa, onu incidilirsə və yasıxışdırılırsa, bu, istər-istəməz onun xarakterinə təsirgöstərir.

Filarmoniyanın direktoru xüsusilə uşaqların fikirlərinə önəmverməyin vacibliyini qeyd edib. O, bu yanaşmanı tamaşalarınquruluşunda, konsert mövzularının seçimində və dekorasiyalarınhazırlanmasında da tətbiq edir. Onun sözlərinə görə, uşaq mexanikitapşırıq icraçısı olmamalıdır. O, özünü müəllif, yaradan vəiştirakçı kimi hiss etməlidir.

Filarmoniyanın hesabında artıq bir sıra uğurlu çıxışlar var.Bunlara 1 İyun – Uşaqların Müdafiəsi Gününə həsr olunmuş GəncəFilarmoniyasında keçirilən parlaq konsert də daxildir. Yaydagenişmiqyaslı dinləmələr təşkil olunub və əvvəlcə təxminən on ifaçıseçilməsi planlaşdırılsa da, nəticə gözləntiləri üstələyib – solistbazası demək olar yüz istedadlı uşağa qədər artıb. Kollektiv dahatez-tez çıxış edir, proqramlar isə daha rəngarəngdir: estrada-cazaxşamlarından tutmuş barokko musiqisinə qədər.

Verilişin tam videoyazısını təqdim edirik:

Yaradıcılıq
Yaradıcılıq
Yaradıcılıq
Məqalədə:
Избранный
51
2
az.trend.az

3Источники