RU

İslamiada: Azərbaycan millisi mübarizəyə başlayır

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi mübarizəyə başlayacaq.

Yığmamız qrup mərhələsində iki oyun keçirəcək ki, Bakı vaxtı ilə saat 17:00-da meydan sahibləri ilə duel olacaq. Saat 21:10-da isə Türkiyə yığması ilə oyun start götürəcək.

Bundan başqa, Azərbaycan təmsilçiləri daha 4 idman növündə mübarizə aparacaqlar. Belə ki, həndbol üzrə milli Qazaxıstan ilə münasibətlərə aydınlıq gətirəcək. Qrup matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.

Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva üçtəkanla tullanmada bacarığını göstərməyə çalışacaq.

Qılıncoynatmanın şpaqa növündə Ruslan Həsənov, Vahab Fətullayev, sablya növündə Palina Kaspiaroviç və Səbinə Kərimova mübarizə aparacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 42 mükafatla (5 qızıl, 14 gümüş, 23 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

Избранный
11
9
fanat.az

10Источники