RU

Milli Dirçəliş Günü milli özünüdərkin oyanışının simvoludur- ÖZƏL

17 Noyabr Milli Dirçəliş Günü xalqımızın müstəqillik uğrunda apardığı tarixi mübarizənin, milli özünüdərkin oyanışının simvoludur. Milli Dirçəliş Günü Azərbaycan dövlətçiliyinin bərpasına aparan ideoloji, siyasi və mənəvi dirçəlişin rəmzi kimi tariximizə həkk olunub.
XX əsrin 60-cı illərinin sonlarından başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın milli şüurunun formalaşmasında dönüş nöqtəsi oldu. Sovet ideoloji təzyiqlərinə rəğmən, Heydər Əliyev Azərbaycanlı kimliyinin möhkəmləndirilməsi, milli mədəniyyətin qorunması və ziyalı təbəqəsinin gücləndirilməsi üçün misilsiz işlər gördü. Məhz onun təşəbbüsü ilə müxtəlif ölkələrdə təhsil alan gənclər sonradan milli azadlıq hərəkatının aparıcı simalarına çevrildilər.
Azərbaycan xalqı uzun illər boyu repressiyalara, qadağalara, milli kimliyə qarşı yönəlmiş siyasətə baxmayaraq dilini, mədəniyyətini və tarixi yaddaşını qorumağı bacardı. Bu mübarizənin nəticəsi kimi, 17 Noyabr xalqın öz sözünü deməsi, milli oyanışın gücünü bütün dünyaya bəyan etməsi oldu.
Ümummilli Liderin əsasını qoyduğu milli dirçəliş xətti Möhtərəm Cənab Prezident İlham Əliyev tərəfindən yeni məzmunda qətiyyətlə və böyük siyasi iradə ilə davam etdirilir. Cənab Prezidentin həyata keçirdiyi dövlətçilik kursu, suverenliyimizin tam bərpası, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi Ulu Öndərin ideyalarının ən parlaq təcəssümüdür. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər müstəqil Azərbaycan dövlətinin gücünü və xalqımızın dirçəliş əzmini bütün dünyaya nümayiş etdirdi.
Milli Dirçəliş Günü müstəqilliyimiz uğrunda keçilən tarixi yola ehtiramla yanaşmağa və bu irsi gələcək nəsillərə ötürməyə çağıran gündür.
Əziz həmvətənlərim, Milli Dirçəliş Günümüz mübarək olsun!
Günay Ağamalı 
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
50
olaylar.az

10Источники