RU

​Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir Milli Dirçəliş Günü

Olke.az saytına istinadən ain.az xəbər verir.

"17 noyabr ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı".

Ölkə.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputtaı Ceyhun Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, 1988-ci il noyabr ayının 17-də Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu, azad yaşamağa layiq xalq olduğunu bütün dünyaya nümayiş etdirdi:

"Xalqımız azadlığı öz gücü, cəsarəti, mübarizliyi sayəsində qazandı. Ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Prezident İlham Əliyev dərin məzmunlu və çoxşaxəli siyasi kursu ilə müstəqilliyimizi daha möhkəmləndirib. Ən əsası da odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

​Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir. Eyni zamanda Cənubi Qafqazın lideri statusunu daşıyır. Vətən müharibəsindəki Qələbə isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində böyük rol oynadı".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
50
olke.az

10Источники