RU

Cəlbedici ispaniyalı tennisçi: “Seksual və azadam” FOTO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İspaniyalı tennisçi Paula Badosa 15 noyabrda 28 yaşını qeyd edib.

İdman.Biz xəbər verir ki, o, ad gününü ailəsinin əhatəsində keçirib və həmin anlardan xoşbəxt görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Mövsümü sentyabrın sonunda yaşadığı zədə səbəbindən vaxtından əvvəl başa vuran raketka ustası hazırda bərpa dövründədir. Məşq və yarış gərginliyindən uzaq qalan Badosa sosial şəbəkələrdə aktiv şəkildə foto və videolar paylaşaraq istirahətindən zövq alır.

Karyeranı sarsıdan bel problemi

Karyerasında Qadın Tennisçilər Assosiasiyasının (WTA) reytinqində ikinci pilləyə qədər yüksələn Badosa potensialını tam reallaşdırmaqda çətinlik çəkir. Buna səbəb isə ardıcıl yaşadığı zədələrdir.

Tenniçini ən çox çətinliyə salan belindəki ciddi zədə olub. Elə bu problem üzündən o, 2023-cü ildə idmanı tamamilə buraxmağı belə düşünüb. Lakin geri dönərək mövsümü 66-cı yerdə başa vurmasına baxmayaraq, 2024-cü ildə reytinqdə 12-ci pilləyə qədər yüksəlib və Vaşinqtonda təşkil olunan WTA-250 turnirinin qalibi olub.

Ancaq bir il sonra problemlər yenidən özünü göstərib. Pekində keçirilən “Masters-1000” turnirinin üçüncü raundunda Karolina Muxovaya(Çexiyalı tennisçi - red) qarşı matçını zədə səbəbindən yarımçıq tərk edən tennisçi ardınca mövsümün vaxtından əvvəl başa çatdığını açıqlayıb.

Badosanın çıxışlarına təsir edən amillərdən biri də Stefanos Tsitsipasla(Yunan tennisçi – red) iki illik münasibəti olub. Cütlük sosial şəbəkələrdə ümumi hesabları ilə məşhurluq qazanmış, tez-tez mediada birlikdə görünmüşdü.

Bu münasibət hər iki idmançı üçün yorucu olub. Onlar 2024-cü ildə üç həftəlik ayrılıq yaşasalar da, sonradan barışıblar. Tsitsipasa yaxın şəxslər bu münasibətin yunan tennisçinin performansına mənfi təsir etdiyini bildirirdilər. Hazırda o, Peşəkar Tennisçilər Assosiasiyası (ATP) reytinqində 34-cü yerdədir.

Nəhayət, cütlük 2025-ci ilin iyulunda - hər ikisinin “Uimbldon”un ilk raundunda məğlub olmasından dərhal sonra ayrılıb. Görünən odur ki, Badosa hələ ki yeni münasibətə başlamayıb.

“Seksual və azadam”

Paulanın ad günü şarlarında “28 və hələ də seksual, həmçinin azadam” yazısı diqqət çəkib. Bu, gələcək pərəstişkarlar üçün açıq mesaj kimi qiymətləndirilə bilər.

Hər halda, hazırkı görüntülər göstərir ki, zədə dönəmi və şəxsi həyatdakı çətinliklərə baxmayaraq, Badosa özünü xoşbəxt hiss edir. Bunun səbəbi isə yaxın dostları və ailəsinin dəstəyi ola bilər.

Son günlərdə o, dünyanın ən güclü tennisçilərindən biri olan Arina Sobalenka ilə Dubayda birgə istirahət edib.

Sobalenka dostluqları barədə belə deyib:

“Paula ilə vaxt keçirməyi çox sevirəm. Bir neçə gün birlikdə olduq, əla vaxt keçirdik... Mən sadəcə Dubayda olmağı xoşlayıram. Orada yeməklər dadlıdır, axşamlar dostlarla vaxt keçirirəm və əlbəttə, gün ərzində ciddi şəkildə məşq edirəm. Amma sonra dostlarımla bir az dincəlmək imkanım olur”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
icma.az

2Источники