RU

“Sumqayıt”ın baş məşqçisi: “Üç hücumçu məni razı salmır, birini də alın”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç klub rəhbərliyi qarşısında yeni tələb qaldırıb.

İdman.biz sportinfo.az-a istinadən xəbər verir ki, Serbiyalı mütəxəssis ona hücumçu alınmasını istəyib.

Balkanlı çalışdırıcı Aleksandr Ramalenqom və Rüstəm Əhmədzadənin mövsümün geridə qalan hissəsindəki performansının onu qane etmədiyini bildirib.

İliçin fikrincə, onlar özlərini rəqabətsiz hiss elədiyindən, öz üzərlərində işləmirlər, bu da komandanın qeyri-sabit çıxışının əsas səbəblərindən biridir.

Yayda “kimyaçılar”la birillik müqavilə imzalamış sükançının dediyinə görə, serbiyalı Nikola Ninkoviçin formaya düşməsi bir qədər vaxt aparır və mövcud vəziyyət onda narahatlıq yaradır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
icma.az

3Источники