Futbol üzrə Azərbaycan yığmasının kapitanı Emin Mahmudov Fransa ilə matçdan sonra övladları ilə bir araya gəlib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, atalarının oyununu izləyən kiçik azarkeşlər stadiondan çıxarkən onu müşayiət ediblər.
Xatırladaq ki, ötən gün millimiz DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 33 yaşlı E.Mahmudov həm də “Neftçi” futbol klubunun kapitanıdır.
"Cebheinfo.az"