RU

Rusiyanın kütləvi hücumu: Enerji və liman obyektləri vuruldu, gəmilər zədələndi

Ukraynanın Odessa vilayətində Rusiya pilotsuz təyyarələrinin hücumu nəticəsində enerji və liman infrastrukturu obyektlərində yanğınlar baş verib, 1 nəfər yaralanıb.

Publika.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, xidmətin bölmələri və yerli yanğınsöndürmə briqadaları fəsadların aradan qaldırılmasına cəlb olunub.

"Hava hücumundan müdafiənin effektiv işinə baxmayaraq, enerji və liman infrastrukturu üçün fəsadlar qeydə alınıb. Hücum zamanı bir neçə mülki gəmiyə ziyan dəyib. Baş verən yanğınlar tez bir zamanda söndürülüb", - məlumatda deyilir.

Избранный
38
publika.az

1Источники