RU

Bölgə təmsilçisinin baş məşqçisi üçün son şans

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Karvan-Yevlax"ın rəhbərliyi baş məşqçi Azər Həşimova son şansı verib. Kluba yaxın mənbədən Sport24.az-a daxil olan məlumata görə, "ağ-qaralar" Misli Premyer Liqasının XII turu çərçivəsində baş tutacaq "Kəpəz"lə matçda məğlub olsa, Həşimovla yollar ayırılacaq.

Mənbəmizin söylədiklərinə əsasən, klub rəsmiləri komandanın uğursuz çıxışından narazıdır. Yevlax təmsilçisi autsayderlə görüşdən də xalsız ayrılacağı təqdirdə Həşimov istefaya göndəriləcək. 

Qeyd edək ki, 11 turdan sonra aktivində 5 xal olan "Karvan-Yevlax" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. "Ağ-qaralar" sonuncu pillədəki "Kəpəz"i cəmi 2 xal qabaqlayır. "Karvan-Yevlax" - "Kəpəz" matçı isə noyabrın 21-i Yevlax şəhər stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
1
sport24.az

2Источники