RU

Ara məsafəsini düzgün saxlamayanların törətdiyi qəzalar DİN dən REAL VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakıda yağışlı havalarda baş verən dəhşətli qəzaların görüntüləri yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, düzgün ara məsafəsinin saxlanılmaması və sürət qəzalara səbəb olur.

Yağışlı havalarda qəza riski daha çox artır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün əvvəlcədən deyildiyi kimi qaydalara əməl edilməlidir. Təəssüflər olsun ki, yağmurlu havalarda bəzi sürücülərin qaydalara əməl etməməsi səbəbindən paytaxt yollarında qəzalar baş verir. Xüsusilə də yük avtomobillərinin iştirakçı ilə qeydə alınan qəzaların təhlili göstərir ki, hadisələrin baş verməsinə əsas səbəb düzgün ara məsafəsinin saxlanılmaması və sürüşmə riskini nəzərə almadan nəqliyyat vasitəsinin sürətlə idarə edilməsidir.

Bu cür havalarda yollarda sürət aşağı düşdüyündən baş verən qəzaların və texniki nasaz avtomobillərin yolda qalması da yaranan nəqliyyat sıxlığının müddətinin artmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
4
avtosfer.az

6Источники