RU

Millət vəkili: Meydan hərəkatı xalqımızın milli iradəsinin dönüş nöqtəsi oldu

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bu gün Azərbaycanın dövlət müstəqilliyi və suverenlik salnaməsində özünəxas yeri olan Milli Dirçəliş Günümüzdür". 

"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat bildirib ki, 1988-ci ilin 17 noyabrında Bakının Azadlıq meydanında başlayan möhtəşəm Meydan hərəkatı xalqımızın milli iradəsinin, istiqlal düşüncəsinin, azadlıq əzminin səhnəyə çıxdığı dönüş nöqtəsi oldu: 

"O günlərdə milyonların meydanlarda nümayiş etdirdiyi birlik və qətiyyət Azərbaycanı sovet imperiyasının məngənəsindən çıxaran tarixi proseslərin əsas hərəkətverici qüvvəsinə çevrildi. 2025-ci ildə biz bu günü tamamilə başqa bir ovqatla qarşılayırıq. Artıq respublikamızın ərazi bütövlüyü, suverenliyi bərpa olunub və bu ilki Milli Dirçəliş Gününü “Konstitusiya və Suverenlik İli”ndə keçiririk. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə və digər yaşayış məntəqələrində üçrəngli bayrağımızı ucaltdığı 2023-cü ilin tarixi anları Milli Dirçəliş ideyasının ən parlaq təcəssümüdür. Bu gün artıq dirçəliş təkcə siyasi azadlıq anlamı daşımır, o, dövlətimizin yeni inkişaf mərhələsi, gücümüzün, potensialımızın, intellektimizin dirçəlişi mərhələsidir".

Parlament üzvü qeyd edib ki, Milli Dirçəlişin 2025-ci ildəki anlamı xalqımızın möhkəmlənən dövlətçilik iradəsi, "BöyükQayıdış" və sürətli bərpa-quruculuq prosesləri, mədəni-mənəvi özünüdərkimizin yüksəlişi və elmə, təhsilə, yaradıcı düşüncəyə yönələn yeni strateji baxışdır: 

"1988-ci ildə meydanlarda başlayan o ruh bu gün Qarabağda tikilən şəhərlərdə, Zəngəzurda salınan yollarda, ölkəmizin elm, təhsil və mədəniyyət ocaqlarında, gənclərimizin milli özünüdərkində yeni formada yaşayır. Dirçəliş artıq bir günün yox, bütün bir dönəmin adına çevrilib. Bu əziz gündə şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edirik, qazilərimizə və bütün hərbi qulluqçularımıza sağlamlıq, güc diləyirik, xalqımıza birlik, dövlətimizə əbədiyyət arzulayırıq. "ŞəhidlərÖlmədi, VətənBölünmədi!". Bayrağımız hər zaman uca, yolumuz aydın, dirçəlişimiz davamlı olsun! Milli Dirçəliş Günümüz mübarək!".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
50
sherg.az

10Источники