RU

300 min şagirdin həyatı dəyişəcək - Yeni model bölgələri də əhatə edəcək

13:09 17.11.2025
13:09 17.11.2025

Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev layihənin əhəmiyyətindən, əldə olunan nailiyyətlərdən və Azərbaycan təhsil sistemində STEAM modelinin gələcək perspektivlərindən danışıb.

Mynews.az xəbər verir ki, nazir çıxışına Milli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etməklə başlayıb:

Emin Əmrullayev bildirib ki, bu il SAF festivalının 5 yaşı tamam olur və Azərbaycanda tətbiq olunan STEAM modeli qısa müddətdə böyük sosial təsir yaradıb:

“STEAM təhsili yüz minlərlə insanın – xüsusilə müəllimlərin və şagirdlərin – həyatını yaxşıya doğru dəyişməyə təkan verib. 2018–2019-cu illərdə layihə yeni yarananda göstərilən dəstək bu gün ölkə üzrə 21 bölgədə STEAM mərkəzlərinin fəaliyyət göstərməsinə şərait yaratdı”.

Nazirin sözlərinə görə, kənardan oyun fəaliyyətlərinə bənzəsə də, STEAM təhsilinin əsasında dərin elmi yanaşma dayanır:

“Burada keçirilən robotika layihələri riyaziyyat, mühəndislik, incəsənət və texniki bacarıqların birləşməsini tələb edir. Ən vacib məqam isə müxtəlif fənlərin ümumi məqsədlə əlaqələndirilməsi və şagirdin layihəyə yönəlik düşünməsinin formalaşdırılmasıdır”.

 

 


Избранный
78
mynews.az

1Источники