Azərbaycan II Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi mükafatlandırılıb.
Offsideplus.az xəbər verir ki, "Ayın qolu" layihəsi çərçivəsində ötən ayın qolunun müəllifi olan "Xankəndi"nin futbolçusu Sərxan Ağayevə mükafatı təqdim edilib.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
S. Ağayevə mükafatı IX turun "Xankəndi" - "Göygöl" qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.