RU

Türkiyədə erməni kilsəsi bərpa edilir

Türkiyənin şərqindəki Diyarbəkir vilayətinin valisi Murat Zorluoğlu 500 ilə yaxın yaşı olan Müqəddəs Sarkis Erməni Pravoslav Kilsəsində aparılan tikinti işləri ilə tanış olub.

XəzərNews.az xəbər verir ki, vilayətin Sur bölgəsinin Alipaşa rayonunda yerləşən kilsə əhali olmadığından zamanla xarabalığa çevrilib və 6 fevral 2023-cü ildə Kahramanmaraşda baş verən güclü zəlzələ nəticəsində də zərər görüb.

Səfər zamanı valiyə 2024-cü ildə başlanan tikinti işləri barədə məlumat verilib.

Diyarbəkir valisi "Bərpa işləri başa çatdıqdan sonra bu abidə Surun tarixi quruluşuna və şəhərin mədəni müxtəlifliyinə mühüm töhfə verəcək" deyib.//Publika.az

Xəbər 5 dəfə oxunub.
Избранный
28
50
xezernews.az

10Источники