RU

İran və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçı ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı hər iki nazir regional və beynəlxalq məsələlərə dair bir sıra mühüm mövzuları müzakirə edib.

Məlumata görə, Lavrov ilə Əraqçı Əfqanıstan və Pakistandakı gərginlik, habelə, Fələstin və İsrail arasındakı sülh prosesini gündəmə gətiriblər. Bununla yanaşı, danışıqların əsas mövzusunu İranın nüvə proqramı təşkil edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники