RU

Yadullayevin komandası həftədə 3 məşqlə kifayətlənir - SƏBƏB

1-ci Liqada mövsümə yüksək büdcə və yüksək hədəflərlə başlayan MOİK-də vəziyyət gərginləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, məşqlərini Binə qəsəbə stadionunda keçən "hərbçilər"in bərbad çıxışla diqqət çəkməsi durumu qəlizləşdirib.

Belə ki, İlham Yadullayevin baş məşqçisi olduğu komandanın uğursuz nəticələrlə yadda qalması rəhbərliyi də soyudub. Artıq MOİK-in hər gün məşq etməsinə belə, şərait yaradılmır. Komanda həftədə 3 məşqlə kifayətlənir. Şənbə və bazar günləri isə ümumiyyətlə bir araya gəlmir.

Qeyd edək ki, hazırda 5 xalı olan MOİK çempionatın turnir cədvəlində 8-ci pillədə mövqe tutub.

Nihat

Избранный
59
1
fanat.az

2Источники