RU

Sahibkar obyektinin önündəki səkini parkinqə çevirdi; icra hakimiyyəti araşdırma başlatdı - FOTO

Bakıda sahibkarlardan birinin qeyri-adi qanunsuzluğu şəhər əhalisinin narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonu Afiyəddin Cəlilov küçəsində səki kəsilərək parklanma ərazisinə çevrilib. Maraqlısı odur ki, göydələnin qarşısından keçən mobillik zolağının sağ tərəfində belə bir parkinqin yaradılması özü ilə yeni təhlükələr yaradır.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə uzun müddət əvvəl həmin hissədə geniş səki vardı və sonradan bardürlərin və səki daşların söküntüsünə başlanılıb. Artıq bu gün səkinin bir hissəsi kəsilib və asfaltlanaraq parkinq ərazisinə çevrilib.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, yayılan görüntülər əsasında araşdırma aparılaraq hüquqi qiymət veriləcək.

Səfər

FOTO QALEREYA
Избранный
82
50
avtosfer.az

10Источники