Bakı. Trend:
Noyabrın 17-də Azərbaycan Respublikası Maliyyə NazirliyindəKoreya Fiskal İnformasiya Xidməti ilə birgə təşkil olunan“Koreya–Azərbaycan IFMIS Seminarı” keçirilib.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildiirlib ki, seminarın keçirilməsində məqsəd maliyyəidarəçiliyinin rəqəmsallaşdırılması prosesini sürətləndirmək,dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsi üçün qabaqcılbeynəlxalq təcrübələrlə tanış olmaq və Azərbaycan üçün yeniİnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasınınhazırlanmasına və “dBrain+” təcrübəsinin öyrənilməsinə dəstəkgöstərməkdir.
Seminarın açılışında çıxış edən Maliyyə Nazirliyinin aparatrəhbəri Natiq Həsənov Maliyyə Nazirliyində son dövrlərdə aparılangenişmiqyaslı rəqəmsallaşma prosesi barədə məlumat verib və qeydedib ki, bu istiqamətdə görülən işlər artıq dövlət idarəçiliyininbütün səviyyələrini əhatə edən kompleks transformasiya mərhələsinədaxil olub. Qeyd olunub ki, “Dövlət maliyyəsinin səmərəli idarəedilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 25 avqust tarixli Fərmanı maliyyəidarəetməsi sahəsində rəqəmsal islahatların daha dasürətləndirilməsi üçün çox ciddi hüquqi və institusional bazaformalaşdırır. Həmin fərmanla büdcə planlaşdırılması, icrası,mühasibat uçotu, dövlət borcunun idarə olunması və auditi əhatəedən proseslərin vahid yanaşma ilə modernləşdirilməsi üzrə konkrettapşırıqlar verilib.
Aparat rəhbəri qeyd edib ki, Maliyyə Nazirliyinin əməkdaşlarınınyay aylarında Koreyaya səfəri zamanı “dBrain+” sistemləri ilətanışlığı, institusional idarəetmə modelinin öyrənilməsi və tətbiqolunmuş həllərin yerində araşdırılması Maliyyə Nazirliyi üçünolduqca dəyərli təcrübə təmin edib.
Öz növbəsində Koreya Fiskal İnformasiya Xidmətinin prezidentiSeok Ho Yoon vurğulayıb ki, ölkəsinin müvafiq qurumlarıAzərbaycanla təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılmasıprosesinə yaxından dəstək göstərməyə hazırdır.
Seminar çərçivəsində Koreya tərəfi “dBrain+”, “e-Naradoum”hökumət subsidiyalarının idarəetmə sistemi və Koreya İqtisadiyyatvə Maliyyə Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədətəqdimatlar edib.
Azərbaycan tərəfi isə ölkənin hazırkı Rəqəmsal Dövlətİnformasiya Sisteminin strukturu, mövcud informasiya sistemləri vəislahat tələb edən əsas istiqamətlər barədə təqdimatla çıxışedib.