RU

Millimiz İslam Oyunlarında mübarizəyə başlayacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayacaq.

"Cebheinfo.az" xəbər verir ki, yığma qrup mərhələsində iki oyun keçirəcək.

Komanda Bakı vaxtı ilə saat 18:00-da meydan sahibləri ilə üz-üzə gələcək. Növbəti görüş isə 22:10-da Türkiyə yığmasına qarşı olacaq.

Həndbol üzrə Azərbaycan millisi Qazaxıstan kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Qrup matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Taekvondoçulardan Nərgiz Kazımova (63 kq), Riyad Şirəliyev (67 kq) və Eltac Qafarov (+83 kq) dayanq üzərinə çıxacaqlar.

Paraatlet Samir Nəbiyev (F57) nüvə atma, atlet Yekaterina Sarıyeva üçtəkanla tullanmada bacarığını göstərməyə çalışacaq.

"Cebheinfo.az"

Избранный
42
50
cebheinfo.az

10Источники