RU

Qız atası nın çəkilişi niyə dayandırılır? Elməddin səbəbini açıqladı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın ən uzun müddət davam edən serialı “Qız atası” ilə bağlı sürpriz qərar verilib.

Belə ki, 12 ildir “ATV”-də yayımlanan ekran işi final edəcək. Layihənin ilin sonunda bitəcəyi açıqlanıb.

Qeyd edək ki, “Qız atası”nın baş rollarında Teymur Məmmədov, Mətanət Əliverdiyeva, Əkbər Əlizadə kimi məşhurlar çəkilir.

Layihə rəhbəri Elməddin Cəfərov “Qız atası”nın final səbəbləri barədə “Cebheinfo.az”-a danışıb:

“Əslində, “Qız atası” serialının bitirilməsi ilə bağlı qərar ani deyil. 2025-ci ilin dekabrdında başa çatdırmaqla bağlı planımız vardı. Məhz bunun bir neçə səbəbi var. Sponsorla bağlı maddi sıxıntılar yaşayırıq. “Qız atası” 12 ildir davam etməklə Azərbaycanda bir ilkə imza atıb. Üstəlik, hər bölümü də yüksək reytinqlər alır. Lakin maddi problemlərdən dolayı bitirmək qərarı verdik”.

O, yeni layihələrə başlamaq istədiyini də söyləyib:

“Digər səbəb isə yeni layihələrə başlamaq istəyidir. Düşünürəm ki, “Qız atası”nın 12 il davam etməsi bəsdir, artıq dayandırmaq vaxtıdır. İndi yeni layihələr lazımdır. Hazırda yeni serialımız “İki qapı arasında”nın reytinqləri yaxşıdır və uğurlu şəkildə davam edirik. Onunla yanaşı, daha bir serial və yeni şou proqramı üzərində çalışırıq. Sözügedən layihələri yanvar ayından başlatmaq istəyirik”.

Elmir Mustafa

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
76
1
cebheinfo.az

2Источники