RU

Azərbaycanın U-13 basketbol millisi Ankarada hazırlıq keçib - FOTOLAR

Azərbaycanın 13 yaşadək oğlan basketbolçulardan ibarət millisi Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında iştirak edib.

"Cebheinfo.az" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi noyabrın 9–15-i aralığında baş tutub.

Toplanış zamanı "Türk Telekom", "Çaba Akademi", "Vamos", "Etimesqut", ODTÜ və "Çankaya Universiteti" komandaları ilə yoxlama oyunlarına çıxan milli bunların 5-dən qələbə ilə ayrılıb.

Qeyd edək ki, U-13 yığması 2028-ci ildən beynəlxalq yarışlarda mübarizə aparacaq.

"Cebheinfo.az"

Избранный
21
6
cebheinfo.az

10Источники