RU

Ülvi Babayev Rusiya millisində qalmağı seçdi

AFFA-nın milliləşdirmək istədiyi iddia olunan Rusiyanın “Dinamo Moskva” klubunun futbolçusu Ülvi Babayev yığma komanda seçimini edib.

İdman.Biz-in məlumatına görə, 21 yaşlı hücumçu bu barədə “Championat.com” saytına açıqlama verib.

“Atamın azərbaycanlı olmasına hörmətlə yanaşıram, amma mən Rusiyada anadan olmuşam. Heç kim mənə bu məsələ ilə bağlı yaxınlaşmayıb və mən bu barədə heç düşünməmişəm də. Mənim öz məqsədlərim və istəklərim var. Özümü yalnız Rusiya milli komandasında görürəm”, - deyə Babayev bildirib.

Qeyd edək ki, Ülvi Babayev hazırda Rusiyanın U-21 yığmasında çıxış edir.

İdman.Biz

Избранный
78
14
idman.biz

10Источники