Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Turist sayının azalması yalnız “bahalı olmaq” faktoru ilə bağlı deyil. Bu prosesə eyni zamanda geosiyasi risklər, bazar strukturundakı dəyişikliklər, sərhəd məhdudiyyətləri və mövsümiliyin təsiri kimi çoxşaxəli amillər təsir göstərir".Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.O, bildirib ki, bununla paralel olaraq dövlət bu problemlərin aradan qaldırılması üçün fəal şəkildə addımlar atır və turizm siyasətində geniş islahatlar planlaşdırır:"Viza prosedurlarının sadələşdirilməsi, yeni turizm zonalarının yaradılması, marketinq fəaliyyətinin gücləndirilməsi, insan kapitalına investisiya və digər mexanizmlər bunların əsas istiqamətlərindəndir. Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən strateji yanaşmaların məqsədi turizm sektorunu uzunmüddətli perspektivdə daha dayanıqlı və rəqabətqabiliyyətli etməkdir".Ekspert bildirib ki, bütün bu addımlar onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən turizm ölkələrindən birinə çevrilə bilər.Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.